Qazaxda açıq rayon birinciliyi keçirilib
18-19 may tarixlərdə "Aslanbəyli" İdman Klubunun idman zalında 28 May - "Respublika günü"nə həsr olunmuş kikboksinq üzrə kadet, yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi keçirilib.

48 nəfərin iştirakı ilə keçirilən yarışda "Biomen" və "Aslanbəyli" klubunun komandaları ilə yanaşı, Hacıqabul və Şirvan idmançıları da iştirak edib.

Sonda qaliblər və mükafatçılar rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə mükafatlandırılıblar.

Xəbər 848 dəfə oxundu.