“Monako” “Portu”da futbolçu qoymadı
Mövsüm başa çatandan sonra səs-küylü transferlərə imza atan “Monako” Portuqalya “Portu”sundan daha bir futbolçu almağa hazırlaşır. Artıq braziliyalı Fernandu ilə razıllığa gəlinib.

“Monako”nun “Portu”ya bu transfer üçün 20 milyon avro ödəyəcəyi bildirilir.

Xatırladaq ki, bundan əvvəl “Monako” Portuqaliya klubundan Joau Moutinyo (25 milyon avro) və Ceyms Rodrigesi (45 milyon avro) heyətinə cəlb etmişdi. Son mövsümü Madrid “Atletiko”sunda keçirən Radamel Falkao da karyerasını bu klubda davam etdirəcək.


Xəbər 799 dəfə oxundu.