“Liverpul”un hücumçusu uzun müddətə sıradan çıxdı
“Liverpul”un hücumçusu Daniel Starricin İngiltərə millisinin düşərgəsində aldığı zədə gözlənildiyindən də ciddi olub.

Düzdü, xəsarətin xarakteri ilə bağlı hələ ki dəqiq məlumat verilmir. Amma həkimlər onun təxminən 4 aylığa sıradan çıxdığını bildirir.

Xatırladaq ki, Starric İrlandiya seçmə komandası ilə oyunda rəqib futbolçu Qlenn Uelanla toqquşmadan sonra zədələnərək meydanı xərəkdə tərk etmişdi. Beləliklə, “Liverpul”un forvardı mövsümün əvvəlini buraxmaq təhlükəsiylə üzləşib.

Xəbər 945 dəfə oxundu.