"Real"da oynamaq uşaqlıq arzumdu"
“Napoli”nin hücumçusu Edinson Kavani ən çox oynamağı arzuladığı komandanın adını söyləyib.

İitalyan mətbuatına açıqlama verən uruqvaylı futbolçu “Real”da oynamaq istədiyini bildirib:

“Real”da oynamaq uşaqlıq arzumdu. Amma “Napoli” formasını qürurla daşıyıram. Yetkin yaşda olmağıma baxmayaraq dəyişməyən tək şey arzularımdı. Premyer Liqada da oynamaq mənim üçün maraqlı olardı”.

26 yaşlı futbolçu “Napoli” forması ilə 138 oyunda iştirak edib və 104 qol vurub.

Qeyd edək ki, Kavanini transfer etmək istəyən klub “Napoli”yə 54 milyon funt sterlinq ödəməlidi.

Xəbər 1002 dəfə oxundu.