Türkiyə Superliqasında yeni qaydalar
Superliqanın geridə qalan mövsümündə yaşıl meydanlarda baş verən xoşagəlməz hadisələrdən sonra Türkiyə Gənclər və İdman Nazirliyi bunun qarşısını almaq üçün tədbirlər görməyə hazırlaşır.

Nazirlik növbəti mövsümdən Superliqa matçlarının gündüz saatlarında oynanılması üçün çalışmalara başlayıb.

Bununla da, xüsusən derbi matçlarında baş verən hadisələrin minimum səviyyəyə endirilməsi planlaşdırılır.

Qeyd edək ki, futbolda şiddətin qarşısını almaq üçün yeni mövsümdən həmçinin elektron biletlər və təhlükəsizlik kameralarından da istifadə olunacaq.

Xəbər 856 dəfə oxundu.