Luçeskudan “Fənərbaxça” cavabı
Aykut Kocamandan sonra “Fənərbaxça”ya gələcəyi bildirilən Mirça Luçesku bu barədə danışıb. Rumın mütəxəssis Türkiyəyə gələ biləcəyini qeyd edib:

“Bəzi sualları “Fənərbaxça”ya verməlisiniz. Çünki, mən “Şaxtyor”la müqaviləmi yenilədim. Peşəkaram və hər zaman bağladığım müqavilələrə hörmətlə yanaşmışam. Burda işləmək üçün uyğun şərtlər var. “Şaxtyor”da çox xoşbəxtəm, klub prezidenti ilə gözəl münasibətim var. Stadion və azarkeşlərimiz möhtəşəmdi. Amma, bunu da heç bir zaman gizlətməmişəm. Türkiyənin yeri mənim üçün fərqlidi, Futbola olan maraq, həyəcan ən üst səviyyədədi. Təbii ki, təkrar Türkiyədə işləyə bilərəm. Heç kim sabah nələrin baş verəcəyini deyə bilməz”.

Qeyd edək ki, Mirça Luçesku bir müddət “Qalatasaray” və “Beşiktaş”da baş məşqçi funksiyasını yerinə yetirib.

Xəbər 795 dəfə oxundu.