Yığmamız Gürcüstanla qarşılaşacaq
AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən III Caspian Cup beynəlxalq turnirində bu gün 1/2 final mərhələsinə vəsiqə qazanmış komandalar meydana çıxacaqlar. Saat 17:00-da Azərbaycan və Gürcüstan, saat 20:00-da isə Türkiyə və Yaponiya yığmaları qarşılaşacaq. Hər iki oyun Bayıl stadionunda keçiriləcək:

Azərbaycan – Gürcüstan
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Pərviz Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov

Türkiyə – Yaponiya
Hakimlər: Anar Salmanov, Ramil Namazov, Vüsal Qənbərov, Yusif Nurullayev
AFFA nümayəndəsi: Elşad Ağayev
Hakim-İnspektor: Xaqani Məmmədov

Xəbər 1059 dəfə oxundu.