Sablyaçılarımız Çinə yollanırlar
Bu gün qılıncoynatmanın sablya növündə yarışan qadın idmançılarımız Sevil Bünyatova və Səbinə Mikina Çin Xalq Respublikasının Tianjin şəhərində keçirilən Qran-Pri Dünya Kuboku yarışına yollanırlar.
İdmançıları bu yarışda məşqçi Fikrət Vəliyev müşayət edəcək.
Yarışa mayın 24-də yekun vurulacaq.

Xəbər 1419 dəfə oxundu.