Peres “Real”dan ayrılmır
“Real”ın prezidenti Florentino Peresin səlahiyyət müddəti daha dörd il müddətinə uzadılıb. İyunda keçiriləcək prezident seçkilərində Peresdən başqa heç kimin namizədliyini irəli sürülmədiyndən klubun idarə heyətinin qərarı ilə Peresin 2017-ci ilə hazırkı vəzifəsində qalması qərara alınıb.

Qeyd edək ki, artıq “Real”a 4-cü dəfə rəhbərlik edəcək Peres ilk dəfə 2000-2004-cü illərdə Madrid klubunun prezidenti olub. Daha sonra Peres 2006-cı ildə istefa vermiş və 2009-cu ildə yenidən “Real”ın rəhbəri seçilmişdi.

Xəbər 805 dəfə oxundu.