Melo Braziliyaya dönə bilər
«Qalatasaray»ın yarımmüdafiəçisi Felipo Melo özünün Braziliyaya qayıdışı variantını istisna etmir. İdman.com.az saytı xəbər verir ki, son mövsümünü icarə əsasında İstanbulda keçirmiş futbolçunun hüquqları «Yuventus»un əlindədi və onun gələcək taleyindlə də çox şey məhz turinlilərdən asılı olacaq. Havbek özü bu barədə deyib:

«Onlar azı 6-7 milyon avro istəyəcəklər. Əgər Braziliyaya dönsəm, maaşımın endirilməsinə razılıq verərək qurban verməli olacam. Hamı bilir ki, mən «Flamenqo»nu sevirəm və «San Paolo»nun tərəfdarlarının dəstəyini dəyərləndirirəm. Lakin mən istənilən klubla danışıqlar aparmağa hazıram. Tək «Vasko da Qama»dan savayı. Mən o klubda flamengista olduğum üçün oynaya bilmərəm». Yarımmüdafiəçi hesab edir ki, Braziliyaya dönüşü onun yığmaya düşmək şansını artırar.

«Qalatasaray» hüquqlarını əlində saxladıyı qapıçısı Fernando Musleranı isə «Barselona»ya satmaq istəmədi. Şayiələrdə Pepe Reyna ilə Mark-Andre ter Ştegenin adları «Barsa» ilə bağlı hallandığı bir zamanda kataloniyalılar «Qalatasaray»a 26 yaşlı uruqvaylı qapıçısı üçün 17 milyon avro təklif etdilər. Türklər imtina etsələr də, ispanlar geri çəkilmək fikrində deyillər və təklifin qiymətini artırmağı düşünürlər.

Xəbər 892 dəfə oxundu.