«Qəbələ» 7-ci oldu, «Bakı» ilk qolunu vurdu
15 yaşadək futbolçular arasında təşkil olunan II Qəbələ kubokunda bu gün son mərhələ başladı. İdman.com.az saytı xəbər verir ki, 5-ci yer uğrunda görüşdə «Bakı» İstanbul «Beşikdaş»ı ilə qarşılaşdı. Üstün oyun nümayiş etdirən Türkiyə təmsilçisi sonda qalib gəldi – 3:1. Bu matçda «Bakı» turnir ərzində ilk qolunu vurması ilə yadda qaldı.

8-ci yer üçün «Qəbələ» komandası Sankt Peterburq «Zenit»i ilə üzləşdi. İlk hissədə meydan sahibi önə keçdi - 1:0. Fasilədən sonra qonaqlar bərabərləşdirdi. Əsas vaxtda qalib müəyyənləşmədiyindən, futbolçular 11-metrlik cərimə nöqtəsinə yaxınlaşdılar. Penaltilərdə daha dəqiq olan «Qəbələ» qalib gəldi - 4:2.

Saat 15:00-da bürünc mükafat uğrunda «Şaxtyor» (Donetsk) və «Barselona» klubları qarşılaşacaqlar. Bundan 3 saat sonra, finalda, «Feyenoord» (Niderland) - «Portu» (Portuqaliya) matçında yarışın qalibi müəyyənləşəcək.

Kamran HACI, Qəbələ




Xəbər 846 dəfə oxundu.