“Sivasspor” yeni baş məşqçisi ilə razılığa gəlib
“Sivasspor” yeni baş məşqçisi ilə razılığa gəlib. Sivas təmsilçisinə əfsanəfi braziliyalı Roberto Karlos başçılıq edəcək.
Klub rəsmilərinin Türkiyə mətbuatına verdiyi məlumatda Karlosla razılaşdıqlarını bildirib. Görüşmənin Rusiyada baş tutduğu açıqlanıb. Roberto Karlosun 2 iyunda Türkiyəyə gələcəyi açıqlanıb. Rəsmi təqdim etmə mərasimi iyunun 3 Bakı vaxtilə saat 15:00-da “4 sentyabr” stadionunda keçiriləcək.

Braziliyalı Roberto Karlos karyerası ərzində “Palmeyras”, “İnter”, “Real”, “Fənərbaxça”, “Korintians” kimi klublarda forma geyib. Buna qədər “Anji”nin idman direktoru vəzifəsində çalışırdı.

Xəbər 840 dəfə oxundu.