Samir Zərgərovun «Simurq»a keçidi baş tutmayıb
Samir Zərgərovun «Simurq»a keçidi baş tutmayıb. Mövsüm başa çatan kimi Zaqatala klubuna transfer olunduğu barədə xəbərlər yayılan yarımmfdafiəçi «İnter»də qalıb.

Bank klubu bu gün Samirlə yeni müqavilə imzaladığını açıqlayıb. Yeni anlaşmaya əsasən yarımmüdafiəçi 2013/14 mövsümündə də «İnter»in uğurları üçün çalışacaq.

Qeyd edək ki, 2011-ci ildən «İnter»də çıxış edən 26 yaşlı Zərgərov başa çatan mövsümdə 19 oyunda meydana çıxıb (1029 dəqiqə) və 4 qol vurub.

Xəbər 791 dəfə oxundu.