Millət vəkili iclasda matç izlədi
Keçmiş futbolçu və hazırda AK Partiyasından millət vəkili olan Hakan Şükür yayımlanan fotosuna görə bərk əsəbləşib. Hakanın iclas zamanı matç izlədiyi foto “Hakan Şükür məclisdə matç izləyir” başlığı ilə “Milliyət”də yayımlanıb.

Fotonun yayımlanmasından sonra Hakan bunun fasilə zamanı çəkildiyini və nəşrin rəhbəri Erdoğan Demirörənə sərt reaksiya verib: “Əgər sən buna xəbərçilik deyirsənsə, ümid edirəm ki, bizim anlayışımız fərqlidi. “Milliyət”i bilmirəm, amma mənim boğazımdan həyatım boyunca 1 qəpik haram pul keçməyib.”

Xəbər 1028 dəfə oxundu.