«Barselona»nın baş məşqçisi: Qəbələdə təşkilatçılıq yüksək səviyyədədir
«II Qəbələ kubokunda iştirakdan məmunam. Düzü, burada belə gözəl şəraitlə qarşılaşacağımıza inanmırdım». Bunu idman.com.az saytının əməkdaşına «Barselona»nın 15 yaşlılardan ibarət futbol komandasının baş məşqçisi Fransesk Artiqa Sebrian dedi.

İspaniyalı mütəxəssis bildirdi ki, gələn il də təşkilatçılar tərəfindən dəvət alsalar, məmuniyyətlə təklifi qəbul edəcəklər: «Qəbələyə səviyyəli komandalar gəliblər. Rəqabətdə gərginlik vardı. «Bakı»dan fərqli, «Qəbələ» yaxşı təsir bağışlayır. Bizimlə oyunda ilk hissədə bərabər mübarizə getdi. «Barselona» texniki cəhətdən üstün olduğu üçün, sonda qalib gəldi».

Kamran HACI, Qəbələ

Xəbər 808 dəfə oxundu.