«Qəbələ» qol vurmayan «Bakı»ya uduzdu
15 yaşadək futbolçular arasında təşkil olunan II Qəbələ kubokunda bu gün yarımfinal görüşləri keçirildi. İdman.com.az saytı xəbər verir ki, finala çıxışda «Portu» klubu İspaniya «Barselona»sı ilə qarşılaşdı. Matçda katalanlar favorit sayılsa da, ehtimallar bunun əksini göstərdi.

Daha yaxşı təsir bağışlayan Portuqlaiya komandası 2:0 hesabı ilə qalib gəldi. Digər final uğrunda görüşdə «Feyenoord»la (Niderland) Donetsk «Şaxtyor»u üz-üzə gəldi. Əsas vaxtda qalib müəyyənləşmədi – 1:1. 11-metrlik cərimə zərbələrində qərbi avropalılar daha dəqiq oldular (5:4).
Finalda «Feyenoord»la «Portu» klubları qarşılaşacaqlar. Bürünc mükafatlar üçün «Barselona» və «Şaxtyor» görüşəcəklər.

5-8-ci yer uğrunda mübarizədə «Qəbələ» Bakının eyni adlı komandası ilə qarşılaşdı. Qarşılıqlı hücumlar şəraitində keçmiş oyunda qalib penaltilər sonrası müəyyən olundu. Bu zərbələrdə «Bakı»nın futbolçuları sərrastlıq nümayiş etdirdilər - 5:3.

Digər matçda «Beşikdaş» Sankt Peterburq «Zenit»ini 3:1 üstələdi.

Kamran HACI, Qəbələ


Xəbər 979 dəfə oxundu.