Qazaxıstandan 2 medalla
Qazaxıstanın Pavlodar şəhərində bu respublikanın əməkdar məşqçisi Rafael Vahidovun şərəfinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, İraq, Monqolustan, Suriya və Tacikistan komandaları da iştirak edib.

Turnirdə ölkəmizi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qızıl Əlcək” klubunun boksçuları – Kamran Orucov (56 kq), Salman İbrahimov (64 kq), Qorxmaz Vəliyev (81 kq), Toğrul İsayev, Vətən Hüseyni (hər ikisi 91 kq) və İlqar Allahverdiyev (91+kq) təmsil ediblər. Komandamız yarışı bir gümüş və bir bürünc medalla başa vurub.

London Olimpiadasının iştirakçısı Vətən Hüseynli ilk dəfə 91 kq çəki dərəcəsində çıxış etməsinə baxmayaraq, yalnız finalda uduzaraq, gümüş medala layiq görülüb. Toğrul İsayev isə yarışı 3-cü yerdə başa vurub.

Xəbər 858 dəfə oxundu.