“Qalatasaray” bombanın bir addımlığında
Transferdə bomba partlatmaq istəyən “Qalatasaray” artıq hədəfinə yaxınlaşır. İstanbul təmsilçisi 7 milyon avroluq transfer qiyməti ilə “Mançester Yunayted”i razı salmağı bacarıb.

Nanini heyətinə qatmaq istəyən “cim-bom” portuqaliyalının şərtləri ilə razılaşsa, transfer həyata keçəcək. 26 yaşlı futbolçu isə ildə 4.5 milyon avro olmaqla 4 illik müqavilə bağlamaq istəyir.

Xəbər 853 dəfə oxundu.