“Qalatasaray”da yeni transfer
“Qalatasaray” heç kimi gözləmədiyi bir transferi həyata keçirmək üzrədi. “Sarı-qırmızılar” “Sivasspor”la müqaviləsi başa çatan Erman Kılıçı heyətinə qatır.

29 yaşlı futbolçunun artıq bir müddətdi ki, “Qalatasaray” rəhbərliyi ilə ilaqədə olduğu ortaya çıxıb. Tez bir zamanda müqavilə imzalanacağı açıqlanıb. Erman “Sivasspor”da sürəti, güclü fiziki keyfiyyəti və zərbəsi ilə seçilib. Bu mövsüm Sivas təmsilçisinin heyətində 5 qol vurub. Futbolçuya illik 500 min avro dəyərində ödənişin edilməsi planlaşdırılır.

Xəbər 1262 dəfə oxundu.