Joze Mourinyonun yeni müqaviləsi
Joze Mourinyo “Çelsi” ilə müqavilə imzalayıb.

İdman.com.az saytı İngiltərənin “The Sun” qəzetinə istinadən xəbər verir ki, mayın 27-də mütəxəssis Londona gələrək Kristal Pelas-Uotford qarşılaşmasını izləyib. Bundan sonra isə o, Çelsi ilə müqavilə imzalamağa razılıq verib. Bu 4 illik sözləşməyə əsasən Portuqaliyalı mütəxəssis 40 milyon funt sterlinq məvacib alacaq.

Qeyd edək ki,Mourinyonun rəsmi təqdimat mərasimi La liqanın son turu başa çatdıqdan sonra olacaq.

Xəbər 821 dəfə oxundu.