“Rabitə” daha iki voleybolçusu ilə müqaviləsinin müddətini uzadıb
Bakının qadınlardan ibarət “Rabitə” voleybol komandası daha iki voleybolçusu ilə müqavilənin müddətini uzadıb.

Komanda Katarjina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ) və Aurea Kruzun (Puerto-Riko) ardından Nataşa Krsmanoviç və Brenda Kastillo ilə də müqavilənin müddətini uzadıb. Serbiyalı və dominikanlı voleybolçular yeni mövsümdə də Azərbaycan çempionunun uğurları üçün çalışacaqlar.
“Rabitə”, həmçinin Katarjina Skovronska (Polşa), Reyçel Rurk (Avstraliya) və Dora Horvatı (Macarıstan) transfer edib.

Xəbər 811 dəfə oxundu.