Astarada futbol üzrə rayon birinciliyi
Astara şəhərində, Xəzər dənizi sahilində salınmış meydançada çimərlik futbolu üzrə rayon birinciliyi keçirilib.

Çempionatda 8 komanda iki qrupda dairəvi sistem üzrə qalib adı uğrunda mübarizə aparıb.Rayon birinciliyinin final mərhələsində “Veteran” və “Sərhədçi” komandaları qarşılaşıblar. Gərgin və mübarizə şəraitində keçən yarışda “Vetaran” komandası rəqibləri üzərində 6:5 hesablı qələbə qazanaraq çempionatın qalibi olub. “Stansiya” və “Pedaqoji Kollec” komandaları arasında 3-cü yer uğrunda gedən mübarizədə “Stansiya” komandası fərqlənib. “Stansiya” komandası rəqibini 5:3 hesabı ilə məğlub edib.

Qaliblərə diplomlar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.

Xəbər 1048 dəfə oxundu.