Suaresdən “Real” açıqlaması
"Liverpul"un futbolçusu Luis Suares "Real"a transfer olunacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Uruqvaylı hücumçu Madrid klubunda təklif almadığını deyib: "Real"a yox demək çox çətindir. Belə bir təklif olsa, uruqvaylılar da çox sevinər. Bu məsələni baş məşqçimizlə də danışdım. Transfer mövsümü boyunca belə xəbərlər çox olur. Ancaq Madrid klubundan rəsmi təklif almamışam".

Qeyd edək ki, Suareslə PSJ və "Mançester Yunayted"in də maraqlandığı iddia edilir.

Xəbər 847 dəfə oxundu.