Lionel Messi: "Mən super ulduz deyiləm"
"Barselona"nın hücumçusu Lionel Messi adının əfsanəvi idmançılarla bir sıradan çəkilməsinə münasibət bildirib.

İspaniya mətbuatına açıqlama verən argentinalı futbolçu bu cür müqayisələrin düzgün olmaddığını deyərək fikrini belə izah edib:

"Mənim Usein Boltla bir tutulmağım sadəcə dəlilikdir. Bu cür müqayisələri xoşlamıram. Çünki super ulduz deyiləm. Mən, sadəcə, öz işimi görürəm. Karyeramı bitirdikdən sonra keçmişə baxıb nələr etdiyimə nəzər salmaq bəs edər".

Xəbər 988 dəfə oxundu.