Totti kariyerası ilə bağlı maraqlı açıqlamalar verib
"Roma"nın ulduz futbolçusu Françesko Totti kariyerası ilə bağlı maraqlı açıqlamalar verib.

Fransa mətbuatına danışan italiyalı oyunçu bu sözləri deyib:

"Əgər 2004-cü ildə "Real" klubuna transfer olunsaydım, 3 dəfə Çempionlar Liqasını və iki dəfə "Qızıl top" mükafatını qazanardım. "Roma"da qaldığım üçün peşman deyiləm. Bu klubun əsas parçasıyam. Ancaq 2-3 dəfə İtaliya A Seriyası çempionluğu yaşasaydım, pis olmazdı".

Xəbər 1070 dəfə oxundu.