Neymar "Barselona"nı seçməyinin səbəbini açıqladı
Braziliyanın "Santos" klubundan "Barselona"ya transfer olunan Neymar mətbuata açıqlama verib. İspan klubunu seçməyinin səbəbini açıqlayan 21 yaşlı futbolçu bu sözləri deyib:

"Mənə ağıl verməyi və doğru yönləndirməyi üçün Tanrıya dua etdim və "Barselona"nı seçdim. Bu klubu seçməyimim səbəbi qəlbimin məni "Barselona"ya yönləndirməsi oldu. Dəyişiklik hər zaman çətindir, amma ən qısa vaxtda yeni komandama adaptasiya olacağımı ümid edirəm".

Yeni komandasının əzəli rəqibi "Real"ın ulduz futbolçusu Kriştianu Ronaldodan da danışan Neymar sözlərini belə tamamlayıb:

"Möhtəşəm bir oyunçudur. Son dərəcə qabiliyyətlidir. Onunla qarşı-qarşıya gəlmək böyük bir şərəf olacaq, amma ümid edirəm ki, qazanan tərəf mən olaram".

Xəbər 938 dəfə oxundu.