"Liverpul" "Selta"nın hücumçusunu transfer etdi
"Selta"nın hücumçusu Yaqo Aspas karyerasını "Liverpul"da davam etdirəcək.

Artıq tərəflər arasında razılıq əldə olunub. 25 yaşlı futbolçu mersisaydlılara 9 milyon avroya başa gəlib. Cari mövsümdə La Liqada 33 oyun keçirən Aspas 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xəbər 876 dəfə oxundu.