Almaniya qələbə qazandı, İngiltərə sülhlə ayrıldı
Ötən gecə millimizin Qətərlə oyunu ilə yanaşı, dünyanın yaşıl meydanlarında daha bir neçə yoldaşlıq görüşü keçirilib. Baş tutan günün digər 4 görüşündə qapılara 11 qol vurulub.

Kanada millisi öz meydanında Kosta Rikaya minimal hesabla uduzub. İngiltərə yığması evdə İrlandiya ilə bacarmayıb – 1:1. Omanla Lebanon da 1:1 hesablı sülhə razılaşıblar. Almaniya millisi isə səfərdə Ekvadordan güclü olub – 2:4.

Xəbər 883 dəfə oxundu.