Boksçularımız 17 medal qazandılar
Mayın 14-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə yekun vurulub. Yarışda iştirak edən boksçularımızdan 8-i həlledici döyüşdə iştirak etmək hüququ qazanıb. Milli komandamızın 9 üzvü isə yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib.
11 ölkədən 141 boksçunun yarışdığı turnirdə Elnur Şəfizadə (46 kq, Azərbaycan), Məsud Yusifzadə (48 kq, Azərbaycan), Kumar Naven (50 kq, Hindistan), Nadir Haqverdiyev (52 kq, Azərbaycan), Peyman Yusifli (54 kq, Azərbaycan), İnam Tekin (57 kq, Türkiyə), Mehmet Ateş (60 kq, Türkiyə), Dayutbek Kayirgeldi (63 kq, Qazaxıstan), Akilbek Adikaliyev (66 kq, Qazaxıstan), Ramil Əhmədov (70 kq, Ukrayna), Ömər Dincər (75 kq, Türkiyə), Zaur Mütəllimov (80 kq, Ukrayna) və Didar Tulegen (+80 kq, Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 1295 dəfə oxundu.