“Qəbələ”dən ilk qələbə
Bu gün II Qəbələ kuboku başladı. İdman.com.az saytı xəbər verir ki, 15 yaşadək futbolçular arasında təşkil olunan beynəlxalq turnirdə 2 komandamız mübarizə aparır. Ev sahibi “Qəbələ” inamlı çıxış edir. İlk matçda Ukrayna “Şaxtyor”u ilə heç-heçə oynayan “qara-qırmızılar” (1:1), növbəti görüşdə “Beşikdaş”ı 2:0 hesabı ilə məğlub edib. Bu qrupda “Şaxtyor” isə “Barselona” ilə bərabər qalıb - 1:1.

“B” qrupunda digər təmsilçimiz “Bakı” yenə uduzub. Bu dəfə paytaxt klubu “Portu”ya darmadağın olub - 0:6. “Feyenoord” – “Zenit” görüşündə isə birincilər qalib gəliblər.

II Qəbələ kuboku
II tur

“A” qrupu
“Qəbələ” – “Beşikdaş” - 2:0
“Şaxtyor” – “Barselona” - 1:1

OQHMTX

1. “Barselona” 2 1 1 0 4:2 4
2. “Qəbələ” 2 1 1 0 3:1 4
3. “Şaxtyor” 2 0 2 0 2:2 2
4. “Beşikdaş” 2 0 0 2 1:5 0

“B” qrupu
“Portu” – “Bakı” - 6:0
“Feyenoord” – “Zenit” - 2:0


OQHMTX

1. “Portu” 2 2 0 0 7:0 6
2.“Feyenoord” 2 1 0 1 2:1 3
3. “Zenit” 2 1 0 1 2:2 3
4 . “Bakı” 2 0 0 2 0:8 0

Xəbər 895 dəfə oxundu.