Yeniyetmə sərbəst güləşçilər Dağıstanda qüvvələrini sınayacaq
31 may-2 iyun 2013-cü il tarixdə Dağıstanın Xebda rayonunda Suraqat Asyatilovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmələr arasında açıq Respublika turniri keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamız 11 güləşçi ilə həmin turnirdə iştirak edəcək.

Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə Sabutay Əmişov, Fərrux Əliyev (hər ikisi 42 kq), Cəlal Musazadə (46 kq), Tofiq Sadıqlı (50 kq), Nemətdin Rəhmanov, Taleh Məmmədov (hər ikisi 54 kq), Ruslan Abdullayev (58 kq), Elvin Xıdırov, Murad Süleymanov (hər ikisi 63 kq), Ələddin Axundov (76 kq) və Orxan Həsənov (85 kq) yollanacaq.

Xəbər 1045 dəfə oxundu.