Gənc güləşçilərimiz “Çempionlar” beynəlxalq turnirində iştirak edəcək
31 may – 2 iyun tarixlərində Ankarada güləş üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, turnirdə ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandaları iştirak edəcək.

Gənc qızlardan ibarət komandamız məşqçilər Arif Fərmanov, Həsrət Məmmədyarov və Siracuddin Eldarovun rəhbərliyi altında 11 güləşçi ilə təmsil olunacaq. Heyətdə Sahilə Ələkbərova (44 kq), Kəmalə Əliyeva, Arzu Əliyeva, Hanna Pavliv (hamısı 48 kq), Almaz İsmayılova, Yarina Dubovska, Solmaz Həşimzadə (hamısı 55 kq), Alyona Kolesnik (59 kq), Darya Korin (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb.

Gənc sərbəst güləşçilərimiz böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə iştirak edəcək. Məşqçilər korpusunun rəyinə əsasən, yığmamızı bu turnirdə Ruslan Qasımov (50 kq), Ruslan Surxayev, Mircəlal Həsənzadə (hər ikisi 55 kq), Nurlan Hacıyev (60 kq), Hacımurad Ömərov, Ənvərbəy Dalqatov (hər ikisi 66 kq), Kamran Yunusov, Bəxtiyar İsrafilli (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov, Mircəfər Murtuzlu (hər ikisi 84 kq) və Səid Həmidov (96 kq) təmsil edəcək.

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komanda böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyevin başçılığı altında turnirdə iştirak edəcək. Heyətdə Cabbar Yusifli (50 kq), Sakit Quliyev, Murad Məmmədov (hər ikisi 55 kq), Kərim Cəfərov, Murad Bazarov (hər ikisi 60 kq), Ruhin Mikayılov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Ceyhun Əliyev (74 kq), Tural Daşdəmirov, Orxan Nuriyev (hər ikisi 84 kq), Türmən Eyyubov (96 kq) və Abbas Abdullayev (120 kq) yer alıb.

Turnirin proqramına əsasən, ilk gün sərbəst və yunan-Roma güləşi üzrə 50, 66 və 96 kq, qadın güləşi üzrə 44 və 55 kq, ikinci gün sərbəst və yunan-Roma güləşi üzrə 55, 74 və 120 kq, qadın güləşi üzrə 48, 59 və 67 kq çəkidə, son gündə isə sərbəst və yunan-Roma güləşi üzrə 60 və 84 kq, qadın güləşi üzrə 51, 63 və 72 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Xəbər 987 dəfə oxundu.