İntizam Komitəsi sabah toplaşacaq
AFFA İntizam Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. Komitə üzvləri sabah asossiasiyanın binasında toplaşacaq.

İntizam Komitəsi Azərbaycan Kubokunun «Neftçi» – «Xəzər Lənkəran» finalında baş verənləri müzakirə edəcək və müvafiq qərarlar verəcək.

Qeyd edək ki, komitənin iclası adətən çərşənbə axşamları keçirilirdi. Lakin kubokun finalında baş verənlər komitə üzvlərini vaxtından əvvəl toplaşmağa məcbur edib.

Xəbər 975 dəfə oxundu.