“Qalatasaray”da ulduz əməliyyatı
“Qalatasaray” qış transfer pəncərəsində olduğu kimi bu dəfə də heyətini ulduz futbolçularla gücləndirmək istəyir. “Sarı-qırmızılar” bu dəfə üç futbolçu üçün fəaliyyətə başlayıb.

İstanbul təmsilçisinin ilk hədəfi “Mançester Yunayted”də forma geyən Nanidı. “Qırmızı-şeytanlar” portuqaliyalı futbolçu üçün 12 milyon avro istəsə də, “Cim-Bom” 7.5 milyon avroya transferi həyata keçirməyə çalışır.

“Qalatasaray” onunla yanaşı, “Napoli”də top qovan Gökhan İnlər də heyətinə qatmaq istəyir. Türk əsilli futbolçunu İstanbul təmsilçisi 15-20 milyon avroya transfer etmək niyyətindədi. İsveç millisinin şərəfini qoruyan Gökhan 2011/12 mövsümündə “Udineze”dən “Napoli”yə transfer olmuşdu.

“Sarı-qırmızılar”ın hədəfindəki sonuncu isim isə “Mançester Siti”nin iyunçusu Aleksandar Kolarovdu. Çedyu ilə müdafiənin gücünü artıran Fatih Terim Kolarovla yarımmüdafiəni də gücləndirmək istəyir.

Xəbər 845 dəfə oxundu.