“Sport Accord” təşkilatının XI İllik toplantısı öz işinə başlayıb
Rusiyanın Sankt-Peterburq şəhərində “Sport Accord” təşkilatının XI İllik toplantısı öz işinə başlayıb.

Mayın 31-dək davam edəcək tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun başçılığı ilə nümayəndə heyəti iştirak edir.

Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakının əsas məqsədi 2015-ci ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının dəyərlərini təbliğ etmək, oyunların təşkili üçün layiqli tərəfdaşlar tapmaq, ölkəmizin beynəlxalq idman və qeyri-idman yarışlarına ev sahibliyi etmək bacarığının dünyaya nümayiş etdirməkdir.
Tədbirin təşkil edildiyi yerdə “Bakı 2015” adlı stend qurulmuş, iştirakçılara Azərbaycanın idman və qeyri-idman obyektləri ilə bağlı video materiallar təqdim olunmuş, video-çarx nümayiş etdirilmiş, birinci Avropa Oyunları ilə bağlı çap məhsulları müxtəlif ölkələrin nümayəndə heyətlərinə paylanılıb.

Azərbaycan nümayəndə heyəti beynəlxalq media nümayəndələri üçün Bakı 2015 Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirmişdir.

Xəbər 813 dəfə oxundu.