15 günə iki mükafat
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Kişinyovda, 3 oyundan 5 xal toplayaraq, "FA of Moldova Cup" turnirinin qalibi olub. Son görüşdə moldovalı həmyaşıdları ilə qolsuz heç-heçə oynayan yeniyetmələlərimiz, buna qədər Litvaya 2:1 qalib gələrək, rumınlarla matçı da qeyri-məhsuldar "sülh"lə başa vurmuşdu. AFFA-nın rəsmi internet səhifəsinin məlumatına görə, yığmamızın üzvləri Əyyub Əliyev "Ən yaxşı qapıçı", Orxan Əliyev isə "Ən yaxşı hücumçu" adına layiq görülüblər. Təbriz Həsənovun başçılıq etdiyi komanda 15 gün ərzində 2-ci dəfədir mükafat qazanır. Buna qədər yeniyetmələrimiz Qazaxıstanda keçirilən prezident kubokunun finalında qalib gəlmişdilər.

Xəbər 812 dəfə oxundu.