Fabio da "Real"ın məşqçilər korpusuna daxil ola bilər
İtaliya yığmasının keçmiş müdafiəçisi Fabio Kannavaro Karlo Ançelottinin təyinatı baş tutacağı halda "Real"ın məşqçilər korpusuna daxil ola bilər.

İdman.com.az saytının məlumatına görə, 2006-cı ilin dünya çempionu və ən yaxşı futbolçusu belə bir təklif gələcəyi təqdirdə məmnuniyyətlə razılıq verəcəyini bildirib.

Xatırladaq ki, Kannavaro 2006-2009-cu illərdə "Real"ın formasını geyinib. Bir müddət əvvəl isə Ernan Kresponun da "Real"ın məşqçilər korpusuna daxil ediləcəyi haqda xəbərlər geniş yayılıb.

Xəbər 666 dəfə oxundu.