Xuan Karlos Valeron karyerasını başa vurur
Daha bir məşhur futbolçu karyerasını başa vurur. “Deportivo”nun yarımmüdafiəçisi Xuan Karlos Valeron mövsümün sonunda futbolla vidalaşacağını açıqlayıb.

2000-ci ildən bu yana İspaniya klubunda çıxış edən 37 yaşlı oyunçu La Liqanın son turunda “Real Sosyedad”la qarşılaşmadan sonra “mavi-ağ” forma ilə vidalaşacaq.

Qeyd edək ki, Valeron peşəkar karyerasına 1995-1997-ci illərdə “Las Palmas”da başlayıb. Daha sonra isə “Malyorka” (1997-1998) və “Atletiko”nun (1998-2000) şərəfini qoruyub. Xuan 13 ildir ki, “Deportivo”nun heyətində çıxış edir. O, son klubunda 327 matçda forma geyinib və rəqib qapılarından 22 top keçirilib. Valeron 46 dəfə də İspaniya milli komandasının şərəfini qoruyub.

Xəbər 831 dəfə oxundu.