Visentenin "Real"ı çalışdırmaq fikri yoxdur
"Hazırda mənim nə "Real" a, nə də dünyanın hər hansı digər klubuna rəhbərlik etmək fikrim yoxdur. Mən yalnız milli komanda haqda düşünürəm. Əlbəttə ki, Florentino Peresin sözləri mənim üçün çox xoşdur".- bu sözləri İspaniya yığmasının baş məşqçisi Visente Del Boske deyib. Bununla da o, "Real" a təyinat alacağı ilə bağlı dolaşan xəbərlərə öz münasibətini bildirib.

Xatırladaq ki, Peres Del Boskeni klubun strukturunda görmək istədiyini elan edib.

Xəbər 785 dəfə oxundu.