Massanın qəzasının səbəbi açıqlanıb
Massanın qəzasının səbəbləri artıq məlum olub.

İdman.com.az saytının məlumatına görə, mayın 28-də braziliyalı pilotun dağılmış bolidi Maranellodakı bazaya gətirilib. Ciddi araşdırmalardan sonra mühəndislər qəzanın səbəbini tapa biliblər. Belə ki, ilkin versiyada da deyildiyi kimi bolidin sol ön asılqanı sıradan çıxması məhz bu qəzanın baş verməsinə səbəb olub.

Qeyd edək ki, bu qəza Monako qran prisində 29-cu dövrəsində baş verib. Bu zaman Ferrarinin pilotu Felipe Massa ciddi zədə alıb. Qəzadan sonra boynundakı ağrılardan şikayət edən idmançı bir neçə günlüyə müalicəyə buraxılıb. Onun Kanada qran prisinə qədər tam sağalacağı güman olunur.


Aynurə

Xəbər 671 dəfə oxundu.