Roberto Martines müqaviləsini pozub
İngiltərənin Uiqan klubunun baş məşqçisi Roberto Martines prezident Deyv Uilanla görüşdən sonra müqaviləsini pozmaq qərarına gəlib.

İdman.com.az saytının məlumatına görə, onun sözləşməsi gələn il bitəcəkdi.
Əlavə məlumat üçün qeyd edək ki, Roberto bu il Uiqanla ölkə kubokunu qazanıb. Lakin 39 yaşlı gənc ispan mütəxəssis komandasının premyer liqanı tərk etməsinə heç cür əngəl ola bilməyib. Belə ehtimal olunur ki, Martines Everton Uiqan komandasına baş məşqçi təyin ediləcək.


Aynurə

Xəbər 693 dəfə oxundu.