Mehmet Özdilək istefa verib
Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.

İdman.com.az saytının məlumatına görə, “Antalyaspor”un uzunmüddətli baş məşqçisi Mehmet Özdilək komanda ilə yollarını ayırmaq qərarına gəlib. “Beşiktaş”ın sabiq futbolçusu təşkil etdiyi mətbuat konfransında 2008-ci ildən bu yana çalışdırdığı “Antalyaspor”u artıq tərk etdiyini açıqlayıb.

Qeyd edək ki, bundan bir müddət əvvəldə “Antalyaspor”un sabiq prezidenti Həsən Akıncıoğlu da istefa verib.



Aynurə

Xəbər 848 dəfə oxundu.