Avropa çempionatına yollanacaq heyət açıqlandı
İyunun 1-də Belarus paytaxtı Minskdə usta boksçular arasında Avropa çempionatı start götürəcək. Azərbaycan Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, milli komandasımız baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi ilə bütün cəkilərdə çıxış edəcək.

Heyətdə son olimpiya oyunlarının bürünc mükafatçıları Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), eləcə də Avropa çempionu Salman Əlizadə ilə (49 kq), qitə çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev də (64 kq) var. Bir sözlə, millimizin heyətini tam optimal saymaq olar.

Yalnız 75 kq çəki dərəcəsində dəyişiklik edilə bilər. Belə ki, Soltan Migitinovun ailəsinə bu günlərdə faciə üz verib. Qaz partlaması nəticəsində, boksçunun az yaşlı uşağı dünyasını dəyişib. Həyat yoldaşı və digər 2 uşağı isə hazırda xəstəxanadadır.

Qeyd edək ki, boksçularımız əvvəlcə Qırğızıstanda – İsıkkul gölü sahilində ümumi fiziki hazırlıq keçiblər. Daha sonra isə Kiyevdə - Konça Zaspa Olimpiya Mərkəzində bir neçə ölkənin boksçuları ilə birgə toplanışda iştirak ediblər.

Azərbaycan milli komandasının heyəti

49 kq – Salman Əlizadə
52 kq – Elvin Məmişzadə
56 kq – Samir Məmmədov
60 kq – Elvin İsayev
64 kq – Heybətulla Hacəliyev
69 kq – Tamerlan Abdullayev
75 kq – Soltan Migitinov
81 kq – Rauf Rəhimov
91 kq – Teymur Məmmədov
+91 kq – Məhəmmədrəsul Məcidov

Avropa çempionatının təqvimi

1 iyun
07.00-09.00 – Çəki mərasimi
08.30-09.00 – Hakimlər üçün tibbi müayinə
11.00 -12.00 – Püşkatma mərasimi
15.00-18.00 – Təsnifat mərhələsinin döyüşləri
19.00-19.30 – Açılış mərasimi
19.30 – 22.00 – Təsnifat mərhələsinin döyüşləri

2 iyun
14.00 – 18.00 – Təsnifat mərhələsinin döyüşləri
19.00 – 22.00 – Təsnifat mərhələsinin döyüşləri

3 iyun
14.00 – 18.00 - Təsnifat mərhələsinin döyüşləri
19.00 – 22.00 - Təsnifat mərhələsinin döyüşləri

4 iyun
14.00 – 18.00 – ¼ final mərhələsinin döyüşləri
19.00 – 22.00 – ¼ final mərhələsinin döyüşləri

5 iyun
14.00 – 18.00 – ¼ final mərhələsinin döyüşləri
19.00 – 22.00 – ¼ final mərhələsinin döyüşləri

6 iyun
İstirahət günü

7 iyun
14.00 – 18.00 – Yarımfinal mərhələsinin döyüşləri
19.00 – 22.00 – Yarımfinal mərhələsinin döyüşləri

8 iyun
14.00 – 19.00 – Final döyüşləri. Mükafatlandırma mərasimi

Xəbər 898 dəfə oxundu.