Sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib
Dağıstanın Mahaçqala şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

Sərbəst güləş üzrə yığma komandamız turnirdən 3 qızıl medalla qayıdıb.

32 güləşçinin mübarizə apardığı 60 kiloqram çəki dərəcəsində idmançımız Hacı Əliyev finala qədər irəliləyərək həlledici görüşdə dağıstanlı Artyom Gebekovu da məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər güləşçilərimiz Ağahüseyn Mustafayev (66 kq) finalda dağıstanlı Cəlaluddin Qurbanəliyeva, ən ağır çəkidə mübarizə aparan təmsilçimiz Aslan Dzebişov isə həlledici mərhələdə ukraynalı Alen Zaseyeva qalib gələrək qızıl medal qazanıblar. Qalib Əliyev (60 kq) və Hacı Əlicanov (96 kq) isə turniri beşinci sırada tamamlayıblar.

Qeyd edək ki, məşqçilər David Kurtsiya, Nazim Əlicanov və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə 11 güləşçimiz mübarizə aparmışdır. Heyətdə Hacı Əliyev, Qalib Əliyev (hər ikisi 60 kq),Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 66 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Hacı Əlicanov (96 kq), Əli İsayev, Aslan Dzebişov və Əli Maqomedabirov (hamısı 120 kq) yer alıblar.

Xəbər 768 dəfə oxundu.