“Simurq” komandası müqaviləsinin müddətini artırıb
Zaqatalanın “Simurq” komandası təcrübəli futbolçusu Ruslan Poladov ilə müqavilə müddətini artırıb.

Müdafiəçi növbəti mövsümdə də “Simurq”un uğurları üçün mübarizə aparacaq. Bu futbolçunun Zaqatala təmsilçisinin heyətində keçirəcəyi üçüncü mövsüm olacaq.

Premyer liqada 40 dəfə “Simurq”un formasını geyinən R.Poladov rəqib qapısından 2 top keçirib. O, komandaya 2011/2012-ci il mövsümünün fasiləsində Bakının “İnter” komandasından icarə əsasında qatılıb.

Xəbər 676 dəfə oxundu.