Avropa çempionatından 10 medalla
Türkiyənin Antalya şəhərində kişilər və qadınlar arasında qol güləşi üzrə 21-ci Avropa çempionatı keçirilib.
Azərbaycan yığma komandası yarışda uğurla iştirak edib. Idmançılarımızdan Minabəddin Qurbanov qızıl və gümüş, Qismət Vəkilov qızıl, Fuad Cəfərov gümüş medal qazanıblar. Digər idmançımız Müslüm İbrahimov gümüş və bürünc, Nadir Əzizbəyli və Zöhrab Möhsümov bürünc medala sahib çıxıblar.
Qadın idmançımız Nazilə Qədirova 2 gümüş medal qazanıb.

Xəbər 2910 dəfə oxundu.