“Synergy Baku” komandası 3-cü olub
Azərbaycanın “Synergy Baku Cycling Project” velosiped komandasının da iştirak etdiyi “An Post Rás 2013” çoxgünlük velosiped yarışına dünən yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, 8-ci mərhələnin nəticələrinə görə, bizdən ən yaxşı göstərici yenə də Konnor Makkonveydə olub.

O, bu etapı 3 saat 14 dəqiqə 8 saniyə hesabla yekunlaşdırdıraraq, finiş xəttinə 14-cü çatıb. Digər təmsilçilərimizdən Con Ebsen 40-cı, Riko Rocers 43-cü, Kristof Şvayzer isə 119-cu yerdə tamamlayıb.

Yarışın ümumi nəticəsində Konnor Makkonvey 27 saat 6 dəqiqə 35 saniyə vaxtla 2-ci yeri tutub. Sprinterlərin göstəriciləlirdə ən yaxşı nəticə Riko Rocersdə olub. O, 5-ci sırada qərarlaşıb. Dağ təsnifatında Con Ebsen 9-cu, Konnor Makkonvey 19-cu, Kristof Şvayzer 22-ci, Riko Rocers isə 45-ci mövqedə olublar.

Ümumi təsnifatında “Synergy Baku” velosiped komandası yarışı 3-cü yerdə bitirib.

Məlumat üçün bildirək ki, İrlandiyada keçirilmiş “An Post Rás 2013” çoxgünlük veloturu mayın 19-dan 26-na kimi davam edib. UCI-nin 2.2 kateqoriyalı yarışı 8 mərhələdən ibarət olub.

Xəbər 952 dəfə oxundu.