Pit finala hazır deyil
«Xəzər Lənkəran»ın əsas heyət oyunçularından olan Adrian Pit Azərbaycan Kubokunun final oyununa hazır deyil. Bu barədə Lənkəran klubunun baş məşqçisi Con Toşak məlumat verib.

Uelsli mütəxəssis rumın futbolçunun Avropa Liqasının startına qədər hazır olacağına inanır: «Pit bu oyuna hazır deyil. Ümid edirəm ki, 3 həftə sonra Avroliqaya hazırlaşdığımız zaman sıralarımızda olacaq».

Xəbər 939 dəfə oxundu.