"Rəvan" argentinalı futbolçunu heyətdə saxladı
“Rəvan” klubu aparıcı futbolçusu Xuan Manuel Varea ilə bağlı qərarını verib. Cari mövsüm vurduğu 14 qolla paytaxt təmsilçisinin ən yaxşı bombardiri olan argentinalı hücumçu komandada saxlanılıb. Onunla yeni sözləşmə imzalanıb. Təcrübəli forvard ən azı daha 1 il “Rəvan”ın uğurları üçün çalışacaq.

Xəbər 806 dəfə oxundu.