Lozannada para-taekvondo üzrə lV dünya çempionatı
İyunun 8-də İsveçrənin Lozanna şəhərində para-taekvondo üzrə lV dünya çempionatı başlayacaq.

Yarışda ölkəmizi baş məşqçi, Əməkdar Məşqçi Əvəz Tağıyevin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında 15 idmançı təmsil edəcəkdir.
Heyətdə Emin Nüsrətdinov, Sahib Xasıyev, Namiq Abbasov, Rövşən Qəhramanlı, Əbülfəz Abuzərli (hamısı 58 kq), Nicat Müslümov, Anar Hüseynov (hər ikisi 68 kq), Rövşən Rzayev (80 kq), Aleksandr Poluşuk, Vüsal İsmayılov, Vüqar Adışirinov, Cahangir Bayramov (hamısı 80 kq-dan yuxarı), Royala Fətəliyeva, Bahar Şıxəliyeva (hər ikisi 49 kq) və Aynur Məmmədova (57 kq) yer alıblar. Millimiz iyunun 7-də İsveçrəyə yola düşəcək.

Xəbər 741 dəfə oxundu.